lat. flexio – əyilmə, keçmə
Flektiv dillərdə sözün daxildən dəyişməsi nəticəsində leksik mənanın və qrammatik formanın dəyişilməsi.
Fleksiyanın iki növü var: xarici fleksiya, daxili fleksiya. Xarici fleksiyada sözün içində deyil, sonunda şəkilçidən istifadə olunmadan səs dəyişikliyi ilə mənanın dəyişilməsi nəzərdə tutulur. Rus dilində xarici fleksiyaya nümunə olaraq “книга, книги, книге, книгу, книгой, (о) книге” göstərmək mümkündür. Daxili fleksiya isə, adından da göründüyü kimi, sözün daxilində baş verir. Bu dəyişilmə fonetik hadisə deyil, dilin qrammatik qanunauyğunluğu şəklində izlənilir. Dilimizə ərəb dilindən keçmiş “dərk”, “idrak”, “dərrakə”, “müdrik” sözlərində daxili fleksiya var. Həmin sözlər Azərbaycan dilinin lüğət tərkibində müstəqil leksik vahidlər kimi mövcuddur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti