Azәrbaycan şifahi xalq ədəbiyyatında maldarlıq vә qoyunçuluqla bağlı əmək nəğmələri.
Sayaçı sözlərində çobanların həyat tərzi, məişəti təsvir olunur. Holavarlar kimi, sayaçı sözləri dә çox vaxt bayatı formasında olur. Dili və üslubunun sadәliyi, aydınlığı ilə seçilən sayaçı sözlərində misraların sayı 4, hecaların sayı 7, qafiyə quruluşu isə a.a.b.a şəklindədir. Bununla yanaşı, misralarının sayı artıq olmaqla bərabər, bütün misraları həmqafiyə olan sayaçı sözləri də vardır:
Nənəm qoyunun ağı,
Gedir, dolanır dağı.
Qızlara cehiz ağı,
Uşağa bələk bağı.
Qarı tutanda yağı,
Gəlin yeyir qaymağı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti