Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dastan

Aşıq yaradıcılığında həcmcə ən böyük epik-lirik janr.

Dastana ədəbiyyatşünaslıqda epos da deyilir. Dastanda nəsr və nəzmlə yazılmış mətnlər növbələşir. Nəsr hissəsində aşıq, əsasən, əhvalat və hadisələri danışır, nəzm hissəsində isə qəhrəmanların hiss və duyğuları əks olunur. Dastanların nəzm hissəsi, əsasən, qoşmagəraylılardan ibarətdir. Dastanların özünəməxsus bədii quruluşu olur. Məhəbbət dastanlarının əvvəlində, adətən, üç ustadnamə deyilir. Çox zaman dastan danışan aşıq dinləyicinin diqqətini cəlb etmək üçün qaravəlli adlanan satirik, yumoristik əhvalat danışır. Nikbin sonluqla bitən dastanların finalında duvaqqapma, bədbin sonluqla bitənlərdə isə cahannamə verilir. Ədə­biyyatımızda “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Aşıq Qərib”, “Şah İsmayıl” kimi dastanlar geniş yayılıb.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti