Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şәbih

Dini-tarixi mәzmunda meydan tamaşası: Kərbəla ha­disələrinə həsr olunmuş faciəli tamaşa, mərasim.

Şə­bihdə dini şəxsiyyətlərin faciəvi ölüm səhnəsi nümayiş etdirilir. Bu tamaşalar islam dinində şiəlik təriqəti ilə bağlıdır; əsasən, Məhərrəm ayında aşura günü səhnələşdirilir. Peyğəmbərin, on iki imamın və onların övladlarının dini mübarizədə yaşadıqları acınacaqlı həyatı və ölüm səhnələri şəbihlərin əsas mövzusudur. Bu mövzu şəbih tamaşalarının adlarında da özünü göstərir: “Әlinin qәtli”, “İmam Hüseynin qәtli”, “Hәzrәt Ab­basın şәhid olması”, “Qasım otağı”, “Kәrbәla müsibәti”, “Müslümün Kufәdә qәtli”, “Müslümün oğlanlarının qәtli” və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti