Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

publisistik üslub

Milli-ictimai təfəkkürün ifadəsi olub mətbuatda funksionallaşan və müxtəlif mövqeləri, maraqları əks etdirən üslub.

KİV-in: qəzetlərin, jurnalların, radionun, televiziyanın, eləcə də elmi-kütləvi kitabların və s.-nin dili publisistik üsluba aiddir. Publisistik üslubun iki forması var: 1) şifahi forma – buraya radio dili, televiziya dili, eləcə də kütləvi yığıncaqlarda, mitinqlərdə səslənən (natiqlərin çıxış­larında, yerdən atılan replikalarda və s.) dil daxildir; 2) yazılı forma – buraya qəzetlərin, kütləvi jurnalların, elmi-kütləvi kitabların və s.-nin dili daxildir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti