Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

lətifə

Komik süjetli folklor janrı: gülməli və məzəli əhvalat haqqında yığcam, qısa hekayə.

Lətifələrimizin əsas qəhrə­manları Bəhlul Danəndə, Molla Nəsrəddin, Abdal Qasım, Mirzə Bağı, Hacı dayı və başqalarıdır. Müəyyən bölgə ilə bağlı geniş yayılmış lətifə topluları da var; məs.: Şəki lətifələri, Qabrovo lətifələri. Bir çox lətifələr novella xarakterlidir: gülüşdoğuran əsas fikir son cümlədə açılır. Bu cümlələr bəzən xalq arasında geniş yayılaraq məsələ çevrilir; məs.: “O vaxta ya xan ölər, ya eşşək”, “Dava yorğan davası imiş” (Molla Nəsrəddin lətifələri). Didaktik xarakterli lətifələr də (Bəhlul Danəndə lətifələri) var.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti