Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fonetik təhlil

Sözün müvafiq səs və hərf tərkibini, heca, vurğu məsələlərini, ahəng qanununun pozulub-pozulmadığını müəyyənləşdirmə.

Sözün fonetik təhlili onun səs tərkibi əsasında aparılır. Heca sayı və vurğunun yeri isə sözün hərf tərkibi əsasında müəyyənləşdirilir. Məsələn:

Aidiyyət [a:yidiyət]

8 hərf var: (a, i, d, i, y, y, a, t)

8 səs var: [a:], [y], [i], [d], [i], [y], [ə], [t]

Vurğu sonuncu, dördüncü hecanın üzərinə düşür.

Hecalara a-i-diy-yət şəklində bölünür.

Ahəng qanunu pozulmuşdur.

[a:] – qalın, açıq, dodaqlanmayan saitdir.

[y] – cingiltili samitdir, kar qarşılığı [x`] samitidir.

[i] – incə, qapalı, dodaqlanmayan saitdir.

[d] – cingiltili samitdir, kar qarşılığı [t] samitidir.

[i] – incə, qapalı, dodaqlanmayan saitdir.

[y] – cingiltili samitdir, kar qarşılığı [x`] samitidir. 

[ə] – incə, açıq, dodaqlanmayan saitdir.

[t] – kar samitdir, cingiltili qarşılığı [d] samitidir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti