Tipoloji (morfoloji) quruluşuna görə dünya dil qruplarından biri: sözün daxildən dəyişməsi nəticəsində yeni sözlərin və ya qrammatik formaların yarandığı dillər.
Hind-Avropa dilləri (alman, rus, ingilis, ispan, italyan, ərəb və s.) flektiv dillərə aiddir. Flektiv dillərdə sözün fleksiya şəklində dəyişməsi təkcə leksik mənanın deyil, həm də qrammatik kateqoriyaların (cəm, hal, cins və s.) dəyişməsinə gətirib çıxara bilər. Dilimizə müxtəlif flektiv dillərdən (əsasən, ərəb, fars dillərindən) müxtəlif fleksiya dəyişikliyinə uğramış sözlər daxil olub: hasar, mühasirə, xərc, xaric, ixrac, məxaric və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti