Bədii nitqdə müəyyən üslub çaları yaratmaq, hər hansı personajı səciyyələndirmək məqsədilə müəyyən leksik kateqoriyalara aid sözlərin işlədilməsi.
See also:
Təkririn növlərindən biri: nitqin bədii təsir gücünü artırmaq məqsədilə mətndə leksik vahidlərin müxtəlif formalarda təkrarı.
See also:
Dildə olan bütün sözlərin məcmusu; dilin lüğət tərkibi.
Dilin lüğət tərkibinin zənginləşməsində bədii ədəbiyyatın böyük rolu var. Yazıçılar ümumxalq dilindən ən parlaq ifadəli vasitələr seçir, bir çox sözlərin mənasını genişləndirir, dilin daxili imkanları hesabına neologizmlər yaradırlar. Bəzən onların işlətdiyi məcazlar frazeoloji ifadə kimi dildə sabitləşir, müstəqil leksik vahidə çevrilir. Eyni zamanda bədii ədəbiyyat tarixi dilçilik, xüsusilə leksikologiya üçün əvəzolunmaz mənbə rolunu oynayır. Yazıçının üslubu nə qədər fərdi olsa da, o, həmişə müəyyən tarixi dövrün ədəbi dil normalarını əks etdirir. L. müəyyən kateqoriyalara bölünür: arxaizmlər, dialektizmlər, jarqon, varvarizmlər və s. Elmi, rəsmi, publisistik üslublardan fərqli olaraq bədii üslubda işlənə bilməyəcək heç bir dil faktı yoxdur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiing. letter – hərf
XX əsrin 40-cı illərində Avropa ədəbiyyatında avanqardist cərəyan.
Əsası rumıniyalı şair İsidore İsou tərəfindən qoyulub. Poeziyada L. hərflərin təməl element kimi qəbul edilməsi ilə bağlıdır. L. prinsip olaraq “Hərf olmayan və ya hərf olmayacaq heç bir şey mənəvi olaraq da var ola bilməz” şüarına əsaslanıb.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMisranın bir tərəfində bənzəyənlərin, digər tərəfində bənzədilənlərin sadalandığı təşbeh.
Nümunə:
Bülbülü-qəmzədəyəm, bağü-baharım sənsən,
Dəhənü qəddi-rüxün, qönçəvi-sərvi-səmənim... (M.Füzuli)
Beytin ikinci misrasında əvvəlcə bənzəyənlər, sonra isə müvafiq sıra ilə bənzədilənlər verilir. Belə ki, burada dəhən (ağız), qədd (boy), rüx (üz) – bənzəyən, qönçə (çiçək), sərv (ağac), səmən (yasəmən gülü) isə bənzədiləndir. Göründüyü kimi, şair gözəlin ağzını qönçəyə, boyunu sərv ağacına, üzünü gülə bənzədir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. libretto – kitabça > liber – kitab
İrihəcmli musiqi-vokal əsərinin (opera, operetta, oratoriya və s.) bədii-dramaturji mətni.
L. müəllifi şair, yazıçı, bəzən isə musiqi əsərinin müəllifi – bəstəkarın özü olur. Məsələn, Ü.Hacıbəyli bəstələdiyi opera və operettaların L.-sunu özü yazıb. L.-lar həm şeirlə, həm də nəsrlə yazıla bilər. L.-nun qısa icmalı sinopsis adlanır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1. Bax: hərfi tərcümə.
2. Genealoji baxımdan eyni dil qrupuna məxsus bədii əsərlərin tərcüməsi.
Eyni dil ailəsindən olan dillər arasında keçərli olan sözün olduğu kimi saxlanılması şərti ilə edilən tərcüməyə deyilir. Türkiyə türkcəsindən Azərbaycan dilinə bədii əsərlərin çevrilməsi L.T. sayılır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSatirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə gülüş hədəfinə çevrilməsi.
Satirik ədəbiyyatımızda L.-ın ilk klassik nümunələrini M.Ə.Sabir yaradıb. O, xalqı geriyə sürükləyənləri, elmi tərəqqiyə mane olanları onların öz dili ilə ifşa edərək lağa qoyur:
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə?!
Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrətü-milliyyəmizi atmarıq,
Əhlimizi başqasına satmarıq,
Bir quruşa, bir pula, ya bir çetə!
Kim nə deyər bizdə olan qeyrətə?!
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruz vəznində olub hər hansı bir obyektin və ya varlığın xüsusiyyətləri izah edilərək yazılan tapmaca xarakterli mənzum parça.
Daha çox divan ədəbiyyatında istifadə edilib. Əksər vaxt sual formasında qurulur. Ən əhəmiyyətli xüsusiyyəti içində sualın həlli ilə bağlı ipuclarının verilməsidir. Əsasən, divanların son hissələrində verilir. Əyləndirici və öyrədici olur. Azərbaycan şairləri ara-sıra L.-ə müraciət ediblər:
Vəh, nədir ol tairi-fərxəndəbalü tizpər,
Kim, olur bir türfə ayin ilə hərdəm cilvəgər.
Ağzı açıq, çıxmaz avazı, ayağı yox, yürür,
Can iləndir seyri, əmma demək olmaz canəvər.
Yengi aydır heyəti, əmma yeni aylar kimi,
Bədr olmaz necə kim, göy üzrə sərgərdan gəzər.
Sayılır pəhlulərinin üstüxani zəfdən,
Böylə zəf ilən ağır yüklər çəkər, eylər hünər.
Canı yox, lakin rizayi-xəlq hasil qılmağa,
Gah aşağı, gah yuxarı seyr edib canlar çəkər... (M.Füzuli)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüasir dillərdə termin və ya məsəl kimi işlədilən latın mənşəli məşhur deyimlər.
See also:
Linqvistik araşdırmalar aparmaq üçün müəyyən meyarlarla seçilmiş və xüsusi proqramla təchiz olunmuş mətnlər külliyyatı.
L.K. müvafiq dildə linqvistik qaydaların əsaslandırılması, dilin lüğət tərkibinin statistik analizi (məsələn, sözlərin işlənmə tezliyi) və s. məqsədlər üçün istifadə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti