Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

jarqon

fr. – boşboğazlıq, cəfəngiyyat

Yalnız müəyyən ictimai qrupun və ya peşə adamlarının istifadə etdiyi leksika.

Məişətdə işlənən “göy” (dollar əsginası), “manıs” (toylarda çıxış edən musiqiçi) sözləri jarqona aiddir. Eyni peşəyə mənsub adamların işlətdiyi jarqon sözlər terminlərdən fərqli olaraq yalnız danışıq dilində işlədilir. Jarqonun bir qismi mövcud dildəki sözlərin başqa məna kəsb etməsi nəticəsində yaranır. Bununla yanaşı, əcnəbi dillərdən alınaraq jarqona çevrilmiş sözlər də vardır. Bədii ədəbiyyatda jarqondan surətləri səciyyələndirmək, onların müəyyən sosial qrupa aid olduğunu vurğulamaq məqsədilə istifadə olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti