Şəxs, hadisə, mənzərə və s.-nin lirik qəhrəmanda yaratdığı xoş hislərin, müsbət fikir və arzuların obrazlı ifadəsi.
Şair ətraf aləmdə baş verən hadisələrə özünün müsbət münasibətini məhz tərənnüm yolu ilə bildirir. Tənqidi şeirlərdə, satiralarda, bədbin əhvali-ruhiyyənin ifadə olunduğu ictimai-siyasi şeirlərdə tərənnüm olmur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti