Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

arxaizm

yun. archaios – qədim

1. Müasir dövrdə ünsiyyət prosesində işlədilməyən köhnəlmiş söz və ifadələr.

A.-lər ümumişlək olmayan sözlər kateqoriyasına daxildir; məs.: sayru (xəstə), damu (cəhənnəm), həp (hamı) və s. Folklorda və klassik ədəbiyyatda tez-tez rast gəlinən A.-lər müxtəlif səbəblərdən dilin fəal lüğət tərkibindən çıxmışdır. Bəzi hallarda sözün ifadə etdiyi anlayış özü köhnəlmiş (sultan, qazi, çuxa, bəylərbəyi və s.), digər hallarda isə söz başqa bir sözlə (yey – yaxşı, pitik – məktub və s.) əvəz olunmuşdur.

2. Müxtəlif məqsədlərlə arxaik söz və ifadələri işlətməkdən ibarət leksik fiqur; məs.: “mən” əvəzinə “bəndeyi-həqiriniz” və s.

Müasir dövrdən bəhs edən əsərlərdə də bəzən A.-lərə rast gəlmək olur. Bu zaman həmin sözlər obrazın gülünc, satirik simasını açmağa kömək edir. C.Cabbarlının “Almaz” pyesindəki Ocaqqulunun işlətdiyi xaliq, cədd, həzərat kimi sözlər bu surətin xarakterini açmaq üçün işlənmiş A.-lərdir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti