Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dialektizm

Ölkənin yalnız müəyyən ərazisində işlənən söz; hər hansı sözün fonetik, morfoloji və semantik cəhətdən ədəbi dildəkindən fərqlənən və müəyyən ərazi ilə məhdudlaşan variantı.

Bədii əsərdə kolorit yaratmağa xidmət edir. D.-lərdən istifadə etməklə yazıçı obrazın xarakterini, dünyagörüşünü, hansı bölgədən olduğunu daha qabarıq səciyyələndirə bilir. Məsələn, C.Cabbarlının “1905-ci ildə” əsərində Әmiraslan bəyin işlətdiyi “nöşün”, “nöüt” kimi sözlər bu obrazın bakılı olduğunu, M.İbrahimovun “Kəndçi qızı” əsərində baş qəhrəmanın işlətdiyi “gəlitdi, geitdi” sözləri onun şəkili olduğunu göstərir. Bədii əsərdə D.-lərdən ancaq zəruri hallarda bədii üslub kimi istifadə edilir. Müəllif mətni də daxil olmaqla əsərin dilinin bütövlükdə D.-lər üzərində qurulması bədii ədəbiyyatda yolverilməz hal sayılır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti