yun. neo – yeni + logos – söz
İctimai həyatdakı dəyişikliklərlə bağlı yaranan anlayışları bildirmək üçün istifadə olunan yeni söz və ya ifadə.
N.-lərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır. Onların bir hissəsi başqa dillərdən alınma sözlərdir: investisiya, spiker, mer, menecer, qlobal, ekologiya, kurikulum və s. Dilin öz daxili imkanları hesabına yaranan yeni sözlər də çoxdur: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, soydaş, durum, cangüdən, çağdaş və s. N.-lərin bir hissəsi müxtəlif yazıçıların əsərlərində işlədilən yeni sözlərdir. Məsələn, hazırda ümumişlək sözə çevrilmiş “işıqfor” sözünü ilk dəfə Rəsul Rza işlədib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti