Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

varvarizm

yun. barbaros – yadelli

İstifadəsi yolverilməz hesab edilən əcnəbi söz və ya ifadə.

Alınma sözlərdən fərqli olaraq V. dilin təmizliyinə xələl gətirən, onun lüğət ehtiyatına daxil olmayan ünsür hesab edilir. V.-lər təkcə söz və ifadələrdən ibarət olmur. Müəyyən şəkilçilər, köməkçi nitq hissələri, yaxud başqa dilin fonetik xüsusiyyətlərinə uyğun tələffüz forması da V. sayılır. V.-ləri dilin özündə mövcud olan ifadələrlə asanlıqla əvəz etmək mümkündür. V.-lərdən ədəbiyyatda, jurnalistikada yalnız xüsusi kolorit, yaxud komik effekt yaratmaq məqsədilə və ya müəyyən tarixi dövrün dilini xarakterizə etmək üçün istifadə oluna bilər: “Yoldaşlar, bircə spokoys olun, qoy sözünü desin qurtarsın” (C.Cabbarlı). “Sizin dövrünüzdə bu cürmü günah, / Bilmədim, nə oldu, olduq vinovat” (Q.Zakir).

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti