Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

uşaq folkloru

Şifahi xalq ədəbiyyatında uşaqlar üçün nəzərdə tutulmuş əsərlərin məcmusu.

Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası folklora söykənir. U.F.-nun janrları üç ədəbi növ əsasında sistemləşdirilir: lirik, epik, dramatik. Lirik növə laylalar, oxşamalar, dolamalar, sanamalar, təkərləmələr, cırnatmalar, öcəşmələr, acıtmalar, uşaq nəğmələri və s. aid edilir. (Laylalar və oxşamaların U.F.-na aid edilməsi bəzən mübahisələr doğurur.) U.F.-nun epik janrlarına tapmacalar, yanıltmaclar, uşaq nağılları, qaravəllilər və s. daxildir. Dramatik növdə isə uşaq oyun və tamaşaları vardır. Bir çox xalq oyunlarında (“Çövkən”, “Dirədöymə”, “Çiling-ağac”, “Topaldıqaç”, “Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli”, “Bənövşə” və s.) səsləndirilən mətnlər dramatik növə məxsusdur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti