Konkret bir reysə və ya müəyyən müddətə təyyarə və ya gəminin icarəyə götürülməsi üçün müqavilə. □ Çarterdə tərəflər, icarə haqqı, gəminin və yükün əlamətləri, yüklənmə yeri, yükləri hara çatdıracağı, yaxud səfər istiqaməti göstərilir.
Azərbaycan dilinin izahlı lüğətiYarıq, yer qabığında aralanmış nazik yarıq, torpağın yarılmış hissəsi. □ ... on beş ilə tikdiyi bu dağılmaz bir qələ zənn etdiyi bina titrəməyə, hələ zəlzələ keçməmiş çat-çat olmağa başlamışdı. (M.İbrahimov).
Virtual şəbəkədə iki və daha çox şəxs arasında real vaxtda söhbətləşmə. □ Virtual çat.
Həmçinin bax:
Zehni düşüncə tələb edən söz-oyun növlərindən biri; müəyyən ardıcıllıqla (zəncirvarı) düzülmüş xanalarda elə sözlər tapılıb yazılmalıdır ki, hər sözün axırıncı hərfi ondan sonra gələn sözün birinci hərfi olsun. □ Çaynvord qalibi.
Azərbaycan dilinin izahlı lüğətiVaxt, zaman. □ Səhər çağı sarıca qız; Yığdı balaların başına; Otdu dız-dız ağladı. "Samovar" (Tapmaca).
1. Sağlam, saz, hələ əldən düşməmiş. □ Çox da qocalmışam, hələ ki, çağam; Bir az namus, qeyrət, ar sinəmdə var. (Aşıq Ələsgər).
2. Kefi kök, dərdsiz, qəmsiz. □ Uşağın kefi çağdır.
3. Kök, dolğun, tosqun. □ Çağ qız.
Həmçinin bax: