Şifahi xalq ədəbiyyatında lirik şeir janrı: körpə uşaqları yatırtmaq üçün müəyyən melodiya ilə oxunan həzin şeir; nənni, beşik nəğməsi.
Laylalarda analar öz övladları ilə bağlı arzu və istəklərini dilə gətirirlər. Laylalar qafiyə quruluşu və misraların sayı baxımından bayatıya oxşayır; məs.:
Qızılgül butam, laylay,
Ətrinə batam, laylay.
Balam ərsəyə çata,
Toyunu tutam, laylay.
Laylaların nəqərat hissəsi də olur ki, çox zaman hər dördmisralıq bənddən sonra təkrarlanır:
Balam laylay, a laylay,
Gülüm laylay, a laylay.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti