1. Heyrət və təəccüb bildirir, yaxud birdən bir şey yada düşdükdə deyilir. □ Ba! Sən hara, bura hara! Ba! Bu haradan çıxdı?
2. Bəzən söylənilən bir şeyi dinləyənə təsdiq etdirmək üçün sual yerində işlənir – doğrudanmı? doğrumu? □ Bu gün ölməmiş ölümdən qurtardım. – Ba?
Azərbaycan dilinin izahlı lüğəti1. Arxaizm. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür). □ Gülüstanisəri-kuyin kitabın bab-bab, ey gül; Xətti-reyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. (M.Füzuli).
2. Arxaizm. Qapı, girəcək; böyük qapı.
3. Arxaizm. ...barədə, ...xüsusunda, ...cəhətdən. □ Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil. (M.F.Axundzadə).
Tay, cür, bərabər, uyğun, münasib, müvafiq, yaraşan. □ Hər işini bab elə, görən desin, ha belə. (Atalar sözü). Bablı babın tapmasa, işi ah – vayla keçər. (Atalar sözü).
Bax: babi.
Həmçinin bax:
1. Atanın, ya ananın atası; nəvəsi olan kişi. □ Hər saqqalı baba olmaz. (Atalar sözü).
2. Bəzi yerlərdə ataya deyilir.
3. Yaşlı və hörmətli kişi, yaxud yaşlı kişiyə hörmətlə müraciət, çox qoca kişi mənasında. □ Durub cütçü baba öpdü alnımdan; Bildim ki, mehriban olurmuş insan. (S.Vurğun).
4. Bəzən xitab yerində işlənir. □ Baba, məndən nə istəyirsən?
5. Sadə, adi, fağır mənasında (adətən təvazö üçün peşə, sənət bildirən sözlərə qoşulur). □ Mən yoxsul bir müəllim babayam. (Ə.Haqverdiyev).
6. Əcdad (yalnız cəm şəklində işlənir). □ Babalarımızın yadigari. Seyrə vardıqda o heçlikləri mən; Deyirəm: torpağa dönmüş babalar.. (S.Vurğun).
Həmçinin bax:
Bax: vəbal.
Həmçinin bax: