Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

uşaq ədəbiyyatı

Şifahi və yazılı ədəbiyyatda uşaqlar üçün nəzərdə tutulmuş əsərlərin məcmusu.

Uşaq ədəbiyyatı konkret janrlarla məhdudlaşmır. Uşaqlar üçün nəzərdə tu­tulmuş əsərlər dil və üslubun sadəliyi, məzmun və ideyanın son dərəcə aydın olması ilə seçilir. Bu əsərlərin qəhrəmanları, adətən, uşaqlar olur və əsərin süjetini onların macəraları, çox zaman fantastik qüvvələrlə qarşılaşması təşkil edir. Bu ba­xımdan M.Tvenin, Ç.Dikkensin, C.Rodarinin əsərləri dünya uşaq ədəbiyyatının inciləri sayılır. Bununla yanaşı, elmi fantastikamacəra ədəbiyyatının bir çox nümunələri də çox zaman uşaq ədəbiyyatına aid edilir. Azərbaycanda uşaq ədə­biyyatının yaranması XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. N.Nərimanov və S.M.Qənizadə “Sovqat” (1896) adlı şəkilli uşaq jurnalı və “Məktəb” (1900) adlı elmi-pedaqoji aylıq jurnal yaratmaqla uşaq ədəbiyyatının təşəkkülü və inkişafına təkan verdilər. R.B.Əfəndiyev, C.Məmmədquluzadə, A.Səhhət, S.S.Axundov, A.Şaiq, S.M.Qənizadə və b. Azər­bay­can klassik uşaq ədə­biy­yatının görkəmli nümayəndələridir. Müasir dövrdə bir çox klassik əsərlərin uşaqlar üçün adap­ta­siyası da uşaq ədə­biy­yatının bir qolunu təşkil edir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti