Şifahi xalq ədəbiyyatında körpəni əzizləyərkən oxunan lirik şeir forması.
Müxtəlif mənbələrdə “əzizləmə, bəsləmə, əyləndirmə, nazlama” terminləri ilə də ifadə olunur. Vahid bədii forması yoxdur; misraların, misralardakı hecaların sayı, qafiyə quruluşu şeirdən-şeirə fərqlənir. Laylalardan fərqli olaraq oxşamalar körpəni yatırmaq üçün deyil, əzizləmək, oynatmaq, ağlamağa qoymamaq üçün oxunan nəğmələrdir. Oxşamalar oynaq, şən, ritmik olmaqla yanaşı, həm də zarafatyana ifadələrlə zəngindir; məsələn:
Ay Tanrı, bundan beş dənə ver,
Göydə uçan quşlara ver.
Qarımış, qaralmışlara,
Evdə qalmışlara ver.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti