Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qaravəlli

Azərbaycan şifahi xalq ədəbiyyatında şən əhvali-ruhiyyəli komik əsər.

Qaravəlli məclislərdə dastan, nağıl söyləməyə başlayarkən və ya bir epizoddan başqa epizoda keçərkən aşıq və ya nağılbazların söylədiyi kiçik yumoristik əsərdir. Adətən, dinləyicilərin diqqətini cəlb etmək (moti­vasiya yaratmaq), onları epik əsərin gərgin epizodları ilə çox yor­mamaq məqsədilə deyilir.“Oğru molla”, “Qudurğan axund”, “İsfahan keçəli”, “Kərəm və Şeyx”, “Qazi” kimi qara­vəllilər məşhurdur. Qaravəllinin məzmun və formasında həm nağıl, həm də lətifə ünsürləri vardır: «Keçmişdə fağır bir kişi var idi. Bu kişi arvadını çox istəyirdi. Arvadı da evdən bayıra çıxmazdı. Əri ona «qapı-bacaya çıx» deyəndə o cavab verərdi: A kişi, quşların, heyvanların içərisində erkəkləri də var. Onlar na­məhrəmdi, onun üçün qapı-bacaya çıxmıram. Mənim üzü­mü görərlər, günaha bataram, o dünyada cəhənnəmlik olaram».

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti