Reklam
Reklam

Все словари

radar [radar] isim lat. radioelectricum detectorium radioelektron detektor

Radiodalğalar vasitəsilə hər hansı obyektin yerini, hərəkət istiqamətini və sürətini müəyyənləşdirən cihaz, qurğu. □ Radarlar, əsasən, hərəkət edən maşınların sürətini müəyyənləşdirmək üçün yol polisi xidmətində istifadə olunur.

Həmçinin bax:

frazeologizm: radara düşmək Azərbaycan dilinin izahlı lüğəti

radika[radik'al] isim lat. radicalis – əsaslı, köklü

1. Riyaziyyat. Kökalma əməliyyatını, eləcə də kökalmanın nəticəsini göstərən işarə (√).

2. Kimya. Bir kimyəvi birləşmədən başqa kimyəvi birləşməyə dəyişməz keçən molekulda sabit atomlar qrupu.

3. Politologiya. Radikallar partiyasının (sol siyasi partiyalardan birinin) üzvü, yaxud onun tərəfdarı olan şəxs (bu partiyaların proqramında dövlət çərçivəsində və onun mənafeyinə uyğun olaraq demokratik islahat irəli sürülür).

4. İfrat siyasi görüşlər, qəti hərəkət və tədbirlər tərəfdarı.

5. Sifət kimi: köklü, əsaslı, qəti (dəyişiklik). □ Radikal dəyişikliklər.

Azərbaycan dilinin izahlı lüğəti

radius [radiyus] isim lat. radiushərf. təkər mili, şüa

1. Riyaziyyat. Kürənin çevrəsinin hər hansı nöqtəsini mərkəzi ilə birləşdirən düz xətt; bu xəttin uzunluğu. □ Çevrənin radiusu.

2. Məcazi mənada: bir şeyin əhatə dairəsi, fəaliyyət sahəsi, yayılma zonası. □ Geniş radiusda yayılmaq.

Həmçinin bax:

coğrafiya: Yer radiusu Azərbaycan dilinin izahlı lüğəti

rafinad [rafinat] isim fr. rafiner – təmizlənmiş

Artıq maddələrdən təmizlənmiş dişləmə qənd. □ Rafinad şəkər tozundan hazırlanır.

Azərbaycan dilinin izahlı lüğəti

rakurs [rak'urs] isim fr. raccourcir – qısaltmaq

1. Təsviri sənətdə, foto və kinoçəkilişdə adi baxışdan fərqli görünən təsvir nöqtəsi. □ Predmetin bu və ya başqa keyfiyyətini nəzərə çarpdırmaq üçün onun müəyyən nöqtədən göstərilməsi rakurs adlanır.

2. Məcazi mənada: baxış bucağı, nəzər nöqtəsi. □ Fərqli rakurs.

Azərbaycan dilinin izahlı lüğəti

ralli [ralli] isim ing. ralli – maşınla yarış

İdman. Avtoidman yarışı; xüsusi idman avtomobilləri ilə ötüşmə. □ Digər yarışlardan fərqli olaraq ralli iştirakçıları məsafənin müəyyən bir hissəsini yol hərəkəti qaydalarına riayət etməklə keçirlər.

Azərbaycan dilinin izahlı lüğəti

ranço [ranço] isim ispan

İqtisadiyyat. Latın Amerikasında malikanə; ABŞ-ın cənubunda heyvandarlıq fermalarının adı. □ Ranço təsərrüfatı.

Azərbaycan dilinin izahlı lüğəti

randevu [randevu] isim fr. rendez-voushərf. gəlin, görünün

Əvvəlcədən razılaşdırılmış (əsasən, işgüzar) görüş, audiensiya. □ Randevu təyin etmək.

Azərbaycan dilinin izahlı lüğəti

ranq [rank'] isim alm. rang < fr. rang – yer, rütbə

Rütbə, kateqoriya və s.-yə görə fərqlənmə dərəcəsi. □ “Ranq” sözündən daha çox hərbdə, diplomatiyada istifadə olunur.

Azərbaycan dilinin izahlı lüğəti

rapsodiya [rapsodiya] isim yun. rhapsodia – epik nəğmə < yun. rhapsod – xalq nəğməkarı

Musiqi. Xalq mahnı və rəqs melodiyaları əsasında bəstələnən sərbəst formalı vokal, yaxud instrumental musiqi əsəri. □ Rapsodiya əksər hallarda bir-biri ilə təzad təşkil edən epizodların ardıcıllığından ibarət olur.

Azərbaycan dilinin izahlı lüğəti

rasion [rasiyon] isim alm. ration < lat. ratio (rationis) – hesablaşma, ölçü

Müəyyən müddət üçün təyin olunmuş qida norması və onun tərkibi. □ Qida rasionu.

Azərbaycan dilinin izahlı lüğəti

rasional [rasiyanal] sifət lat. rationalis – əqli, ağılla həll olunan

Hissə deyil, ağıl və məntiqə əsaslanan; ağıllı, məqsədəuyğun, məqsədəmüvafiq. □ Rasional yanaşma.

Azərbaycan dilinin izahlı lüğəti

rasionalizm [rasiyanalizm] isim lat. rationalis – əqli, ağılla həll olunan

1. Fəlsəfə. Ağlı idrakın yeganə mənşəyi hesab edən idealist fəlsəfi cərəyan.

2. Hər hansı fəaliyyətdə təşkilatçılıq işinin və metodların təkmilləşdirilməsi; bir problemin həlli zamanı əqli düşüncəyə üstünlük verilməsi. □ Rasionalizm rüşeymləri.

Azərbaycan dilinin izahlı lüğəti

rasizm [rasizm] isim fr. race < it. razza – irqi

Bəşəriyyətin “ali” və “aşağı” irqlərə bölündüyünü iddia edən antibəşəri cərəyan; irqi ayrı-seçkiliyə əsaslanan dövlət siyasəti. □ Rasizm tərəfdarı.

Azərbaycan dilinin izahlı lüğəti