Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sanama

Uşaq folkloru janrlarından biri: oyuna başlayarkən oxunan ritmik şeir.

S., əsasən, oyun iştirakçılarının oyundakı yerini müəyyənləşdirmək üçün oxunur. Bu proses, bir növ, püşkatmaya bənzəyir. Bu şeirlərdə bir heca və ya söz bir takt kimi qəbul olunur və sonuncu taktla müvafiq funksiyanı yerinə yetirəcək oyun iştirakçısı müəyyənləşir. Çox güman ki, ilkin dövrlərdə S.-lar say sistemini uşağa öyrətmək məqsədi daşıyıb. Onlar ibtidai insanların təbiətdəki ayrı-ayrı predmetlərin sayını, sırasını, rəngini, əlamətini və s.-ni müəyyənləşdirmə cəhdini xatırladır:

Bir-iki,

Qırmadı.

Üç-dörd,

Vurmadı.

Beş-altı,

Xurmadı.

Yeddi-səkkiz

Qurmadı.

Doqquz-on,

Durnadı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti