Reklam
Reklam

Все словари

ülfət [ülfət] isim ər. – ürəkdən bağlanma

Bir-birinə bağlanma, mehr salma, bir şeyə alışma, dostluq, səmimilik, məhəbbət. □ Ülfət göstərmək.

Azərbaycan dilinin izahlı lüğəti

ülya [ülya] sifət ər. – çox gözəl, qiymətli

Əla, ən uca, çox gözəl, qamətli.

Azərbaycan dilinin izahlı lüğəti

ülyahəzrət [ülyahəzrət] isim ər. ülya – çox gözəl, qiymətli + ər. həzrət – ön, hüzur, cənab

Qadın dövlət başçısına və kraliçaya müraciət forması. □ Ülyahəzrət kraliça.

Azərbaycan dilinin izahlı lüğəti

ümdə [ümdə] sifət ər. – əsas

Başlıca, əsas, birincidərəcəli; söykənəcək, istinad yeri. □ Ümdə vəzifə.

Azərbaycan dilinin izahlı lüğəti

ümmət [ümmət] isim ər. – icma

1. Toplum, xalq, camaat, tayfa, eyni dinə mənsub olanlar. □ İslam ümməti.

2. İlahiyyat. Bir peyğəmbər ətrafında cəmləşənlər, onun yolunu davam etdirənlər. □ Məhəmməd ümməti.

Azərbaycan dilinin izahlı lüğəti

ümrə [ümrə] isim ər. – ziyarət etmək

İlahiyyat. Bəzi günlər istisna olmaqla ilin bütün vaxtlarında Kəbənin və ətrafındakı müqəddəs yerlərin ziyarəti. □ Ümrə “kiçik həcc” də adlanır, lakin ümrə ziyarətini etmiş zəvvar “hacı” adı almır.

Azərbaycan dilinin izahlı lüğəti

üns [üns] isim ər. – ülfət, uyuşma

1. Klassik ədəbiyyatda insan, bəşər, adam mənalarında işlənmişdir.

2. Bir-birinə alışma, yaxınlaşma, təmas, dostlaşma, mehribanlıq. □ Üns məclisi.

Azərbaycan dilinin izahlı lüğəti