Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tapmaca

Folklor janrlarından biri: hәr hansı bir әşya vә ya hadisә haqqında sual kimi təqdim olunan metaforik təsvir; bilməcə.

Tapmacalar çox zaman nəzmlə olur, lakin burada vəzn və qafiyənin sərt tələblərinə sərbəst yanaşılır. Bu janrın əsas xüsusiyyəti əşya və ya hadisənin əlamətləri haqqında mücərrəd analogiya, məcaz vasitəsilə məlumat verilməsidir. Bu üsulla dinləyicinin assosiativ təfəkkürü, zehni qabiliyyəti yoxlanmış olur; məsələn:

Tap tapı,

Dəmir qapı,

On iki yarpaq,

İki budaq. (saat)

Tapmacalar lakonikliyi ilә seçilir. Onlar formasına görə hәm tək misra, hәm qafiyәlәnmiş beyt, hәm dә bayatı şәklindә olur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti