Reklam
Reklam

Все словари

ödül [ödül] isim türk. – mükafat

İctimai və yaradıcı fəaliyyətin müxtəlif sahələrində xüsusi xidmətlərə və əldə edilmiş parlaq nailiyyətlərə görə verilən mükafat. □ Yüksək ödül.

Azərbaycan dilinin izahlı lüğəti

örgüt [örgüt] isim türk. – hərf. yer

Qurum, təşkilat. □ Örgüt üzvü olmaq.

Azərbaycan dilinin izahlı lüğəti

övliya [övliya] isim ər. – “vəli”nin (qəyyum) cəmi

1. Rəhbərlər, başçılıq edənlər, yol göstərənlər, himayə edənlər; müqəddəs pirlər. □ Övliya nəsihəti.

2. Məcazi mənada: müqəddəs, təmiz, saf, pak (həlim və gözəl əxlaqa malik adam haqqında). □ ..Ay Sayalı xala, sənin üzündə övliya nuru var. (Mir Cəlal).

Azərbaycan dilinin izahlı lüğəti

özgürlük [özgürrüx'] isim türk. özgür – azad

Sərbəstlik, azadlıq, müstəqillik, başqasından asılı olmamaq. □ Özgürlüyünü qorumaq.

Azərbaycan dilinin izahlı lüğəti