Şeirin misralarındakı sözlər arasında fasilə.
Ədəbiyyatda buna bölgü, təqti, sezura, ayaq da deyilir. Durğu müəyyən vəznə malik olan təqtili misranı iki, bəzən də üç yerə bölür. Heca vəznində yazılan şeirlərdə durğu zamanı söz bütöv qalsa da, əruz vəznində yazılan şeirlərdə söz özü də durğudan asılı olaraq hissələrə bölünə bilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYazılı nitqdə işlənən, nitqin sintaktik-semantik cəhətdən düzgün üzvlənməsinə xidmət edən qrafik işarələr.
Durğu işarələri iki qrupa ayrılır: 1) ayırıcı işarələr (nöqtə, qoşa nöqtə, vergül, nöqtəli vergül, sual işarəsi, nida işarəsi); 2) fərqləndirici işarələr (tire, mötərizə, dırnaq işarələri). Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və s.-ni ayırmaqdır. Fərqləndirici durğu işarələrinə vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən işarələr daxildir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii əsərdə ekspozisiya ilə kulminasiya arasında gələn süjet mərhələsi; zavyazka, rəbt.
Əsasən, nəsr və dramatik əsərlərdə özünü göstərir. Düyün ziddiyyətlərin başlanması, hadisələrin, surətlərin qarşılaşdırılması, toqquşması ilə yaranır və yazıçı ideyasına, məqsədinə xidmət edir. Məsələn, N.Gəncəvinin “Yeddi gözəl” əsərində Bəhramın atasının vəfatından sonra taxtın özbaşına buraxılması və qonşu ölkələrin taxt-taca yiyələnməsi, Bəhramın hakimiyyət uğrunda mübarizəsi düyünün başlanması üçün əsas zəmindir. Düyün dramatik əsərlər üçün daha xarakterikdir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLeksik şəkilçi vasitəsilə yaradılan söz; məs.: pambıq-çı, göz-lük, yaz-ı-çı-lıq və s.
Leksik şəkilçi qəbul edə bilmək əsas nitq hissələrinə xasdır. Köməkçi nitq hissələrinin leksik mənaları olmadığı üçün leksik şəkilçi qəbul etmir. Buna görə də köməkçi nitq hissələri quruluşca düzəltmə ola bilmir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. expositio – təsvir, ifadə etmək
Bədii əsərdə süjetin əsas komponentlərindən biri: əsas hadisəyə və ya düyünə (zavyazkaya) qədərki hissə.
Ekspozisiyada yazıçı əsas hadisəyə keçməzdən əvvəl həmin hadisənin başvermə şəraiti, onu törədən səbəblər və ya əsas surətlər haqqında məlumat verir. Bununla da hadisələrin necə cərəyan edəcəyinə, sonrakı inkişafına işarə edilir. S.Vurğunun “Vaqif” pyesinin əvvəlində Vidadinin namaz zamanı dua etməsi, Cavad xanın elçilərinin gəlməsi və Vidadinin onlara rədd cavabı verməsi, Vaqiflə Vidadinin görüşməsi və s. hissələr əsərin ekspozisiyasını təşkil edir. Bəzi əsərlərdə ekspozisiya çox yığcam, bəzilərində isə geniş olur. Ekspozisiyanın digər adı bədii müqəddimə və ya bədii zəmindir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBildiriş, xəbər, məlumat ehtiva edən əməli yazı.
Elanın anons, reklam, afişa, bildiriş və s. kimi formaları da var. Elanda aşağıdakılar qeyd olunmalıdır:
1) məlumatın mahiyyəti, məzmunu;
2) tədbirin vaxtı, saatı;
3) tədbirin keçiriləcəyi yer, ünvan;
4) məlumatın kim tərəfindən verilməsi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiElmi-fantastik əsərlərin məcmusu; elmi-fantastik əsər tipi.
Elmi fantastikanı ədəbi janr və ya bədii əsər tipi hesab edənlər var. Elmi fantastika bəşəriyyətin gələcəyi haqqında söz deməyə cəhd edir. Dünya ədəbiyyatında elmi fantastikanın ən görkəmli nümayəndələri Jül Vern, Rey Bredberi, Herbert Uels, Aleksandr Belyayev, Ayzek Əzimovdur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMəntiqilik, ardıcıllıq, dəqiqlik və konkretliyi ilə seçilən, elmi əsərlərin dilinə xas olan funksional üslub.
Monoqrafiyaların, dərsliklərin, elmin müxtəlif sahələrinə aid məqalələrin və s.-nin dili elmi üsluba aiddir. Milli-elmi təfəkkürün ifadəsi olan elmi üslubda ancaq bu üslub üçün xarakterik olan sözlər – terminlər işlənir. Hər elmin özünəməxsus terminologiyası var. Elmi üslubda fikri daha yığcam, daha konkret ifadə etmək üçün müxtəlif qrafik informasiya və vasitələrdən – rəqəm, diaqram, düstur və s.-dən istifadə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiEpik növün xüsusiyyətlərinə malik ədəbi janrlar.
Müəyyən bir süjet əsasında qurulan epik əsərlərdə təhkiyə və təsvir ən səciyyəvi cəhətlərdir. Bu, yazıçıya həyat hadisələrini hərtərəfli əks etdirməyə imkan yaradır. Epik janrlar həm həcmi, həm də nəzm və ya nəsrlə yazılması baxımından bir-birindən fərqlənir. Əsatir, rəvayət, nağıl, hekayə, oçerk, povest, poema, roman və s. epik janrlara daxildir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti