Folklor janrlarından biri: ölümlə bağlı olub qüssə, dərd, kədər ifadə edən lirik-dramatik söyləmə; edi.
Qədim türklərdə ağı, əsasən, qopuz aləti ilə müşayiət olunub. Ağılarda konkretlik, ünvanlılıq, informativlik xüsusiyyəti güclü olur. Bəzən aid olan şəxsiyyətin müəyyən səciyyəsi, portret cizgiləri də verilir:
Qardaş, qardaş, ay qardaş,
Qaşın ucu yay qardaş.
Kaş ki bacın öləydi,
Deməyəydi vay qardaş.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti