İki yarımdairəvi xətdən ibarət qoşa durğu işarəsi – ( ).
Bu işarədən aşağıdakı hallarda istifadə olunur: 1) əsas fikri tamamlayan sözləri, birləşmələri, cümlələri nəzərə çatdırmaq üçün: “Qarabağ” (Ağdam) səfərdə də gözəl oyun nümayiş etdirdi; 2) dramatik əsərdə remarkaları fərqləndirmək üçün: Səadət xanım (daxil olur) – Gülbahar, nə olubdur? (N.Vəzirov); 3) müəyyən şəxsin anadan olduğu və vəfat etdiyi il, əsərin nəşr tarixi göstərilərkən: Aşıq Ələsgər (1821-1926) lirikasının əsasını məhəbbət mövzusu təşkil edir; 4) şəxs, əşya, hadisə haqqında əlavə məlumat verdikdə: Rübai (dördlük) klassik şeir janrlarından biridir; 5) sitatın mənbəyini bildirərkən: Yüz ölç, bir biç (atalar sözü).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti