Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tire işarəsi

Ayırıcı durğu işarələrindən biri ( – ).

Sadə cüm­lədə həmcins üzvlərə aid ümumiləşdirici sözlərdən əvvəl, ay­dınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə ümumilik bildirən tərkib hissəsindən əvvəl, vasitəsiz nitq dialoq şək­lində qurulduqda vasitəsiz nitqdən əvvəl və bəzi ara cümlə­lərdən əvvəl və sonra qoyulan durğu işarəsidir; məs.: Meşədə, bağda, küçədə, meydanda – harada görürsə, məni evinə də­vət edir (M.S.Ordubadi). Əmir xidmətçiyə: – Get, Hacibi bura çağır, – dedi (M.S.Ordubadi).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti