Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

roman

Əsasən, nəsrlə yazılan irihəcmli epik əsər.

Avropada XII–XIII əsrlərdə roman xalqlarında (fransız, ispan, italyan və s.) təhkiyə üsulu ilə yazılan bütün əsərlər R. adlanırdı. Sonradan bu termin özünəməxsus xüsusiyyətləri olan epik janr kimi qəbul edilib. R.-da hadisələrin təsviri hekayəpovestdən fərqli olaraq daha geniş planda verilir. Bu janrda baş qəhrəmanın dinamik inkişafı, onun bütün ömür yolu, mürәkkәb həyat prosesləri öz əksini tapır. Ədəbiyyatımızda ana dilində yazılmış ilk R. Nəriman Nərimanovun 1896-1899-cu illərdə yazdığı “Bahadır və Sona” əsəridir. Silsilə təşkil edən ikihissəli R. dilogiya, üçhissəli R. trilogiya adlanır. R.-nın tarixi R., psixoloji R., ailə-məişət R.-ı, polifonik R. və s. növləri var. Nəzmlə yazılan R.-lara mənzum R. deyilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti