rus. повествование – nəqletmə, danışıq, təhkiyə
Həcminə görə romandan kiçik, hekayədən böyük epik janr.
Rus әdәbiyyatşünaslığından gəlmiş termindir. İngilis dilində daha çox short novel (kiçik roman) terminindən istifadə olunur. Povesti digər epik janrlardan – hekayə və romandan fərqləndirən əsas cəhət həcm olduğundan bir çox epik əsərlərin janrının müəyyən edilməsində mübahisələr yaranır. Ədəbiyyatımızda povestin əsasını M.F.Axundzadə “Aldanmış kəvakib” əsəri (1857) ilə qoyub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti