Başqasına məxsus olub danışan tərəfindən eynilə, heç bir dəyişiklik edilmədən verilən nitq.
Bu cür cümlələr iki hissədən – müəllifin nitqindən və vasitəsiz nitqdən ibarət olur; məs.: Loğman dedi: “Həyatın şirin olur hər anı” (B.Vahabzadə). Müəllif nitqi məna bitkinliyinə malik deyil, vasitəsiz nitq isə bitkindir. “Nə ola, orada əlimə düşəsən” (vasitəsiz nitq), – deyə Əli ürəyindən keçirdi (müəllifin nitqi). (Ə.Sadıq)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti