Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mürəkkəb sözlər

İki və daha artıq sözün birləşməsindən əmələ gəlib yeni məna bildirən sözlər.

Mürəkkəb sözlər müxtəlif yollarla yaranır: 1) iki, bəzən də üç sözün birləşməsi ilə: yeraltı, əlüzyuyan, ucaboy və s.; 2) yaxınmənalı sözlərin birləşməsi ilə: ev-eşik, gül-çiçək və s.; 3) antonim sözlərin birləşməsi ilə: dərə-təpə, az-çox, gec-tez və s.; 4) eyni sözlərin təkrarı ilə: top-top, tez-tez və s.; 5) qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözlərinin iştirakı ilə: qeyri-adi, qeyri-iradi, əks-hücum, ober-leytenant, antifaşist və s. Ərəb-fars mənşəli izafət tərkibləri də mürəkkəb sözlərdir: tərzi-hərəkət, nöqteyi-nəzər, tərcümeyi-hal və s. Mürəkkəb sözlər üç cür yazılır: bitişik, defislə, ayrı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti