Biri digərinin yuxarısında qoyulan iki nöqtədən ibarət durğu işarəsi (:).
Əsasən, aşağıdakı hallarda işlənir: 1) həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra: İkincidərəcəli üzvlər: tamamlıq, təyin və zərflik xəbərlə sintaktik əlaqəyə girir; 2) aydınlaşdırma əlaqəli bağlayıcısız tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında: Tərəflər razılığa gəldilər: sülh danışıqları davam etdiriləcək; 3) vasitəsiz nitqli cümlələrdə müəllifin sözlərindən sonra: Xətib Təbrizi demişdir: “Şeiri tənqid etmək onu yazmaqdan çətindir”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti