Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dırnaq işarəsi

Fərqləndirici durğu işarəsi: “ ” və ya « ».

Dırnaq işarəsi mətndə vasitəsiz nitqi, sitatları, məcazi və ya şərti mənada işlədilən sözləri, qəzet, jurnal, əsər, kinofilm, opera, nəşriyyat, orden, gəmi, şirkət, dükan, mahnı və s. adları fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsidir;  məs.: “Ayna” qəzeti, “Leyli və Məcnun” əsəri, “Şöhrət” ordeni və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti