fars. – üslub, stil, səpki
Söz sәnәtindә müәyyәn xüsusiyyәtlәri ilә seçilәn ifadә üsulu.
Sənətkarların fərdi üslublarına xas olan dil, üslub vә tәsvir vasitәlәrinin özünәmәxsusluğudur. Adәtәn, öz sәnәtkarlığı ilә yeni, orijinal bir yol açmış söz ustalarının adı ilә bağlı termindir; mәsәlәn: “Nizami sәbki”, “Füzuli sәbki”, “Sabir sәbki” (yaxud sabiranә şeir).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞeirin vəzn və qafiyə quruluşuna qoyulan ənənəvi tələblərə sərbəst şəkildə əməl olunduğu şeir forması; verlibr.
Nəzmi nəsrdən fərqləndirən və janrdan asılı olaraq müxtəlif formalarda təzahür edən ritm və qafiyə S.Ş.-də bu və ya digər dərəcədə pozulur. S.Ş.-də bənddəki misraların, misralardakı hecaların sayı müxtəlif olur, qafiyə quruluşunda “pərakəndəlik” özünü göstərir. Bununla belə, lirik şeirə xas olan duyğuların tərənnümü, məcaz və üslubi fiqurların bolluğu S.Ş.-də də özünü göstərir. S.Ş.-in kökləri qədim dövrlərə gedib çıxır. Onun əsası XIX əsrdə ingilis şairləri, xüsusilə imajistlər tərəfindən qoyulub. U.Bleyk, H.Heyne və başqaları S.Ş.-in ilk nümunələrini yaradıblar. Azərbaycan poeziyasında S.Ş.-in ən gözəl nümunələrinə Mikayıl Rəfili, Rəsul Rza, Fikrət Qoca, Fikrət Sadıq, Əli Kərim, Vaqif Səmədoğlu kimi şairlərin yaradıcılığında rast gəlinir; məsələn:
Adamların içində rəngi qaçıb.
Üzünün,
Sözünün
Rəngi qaçıb.
Elə bil heç kəsin
Özünün sözü-söhbəti yoxdu.
Sifəti yoxdu. (Fikrət Qoca, “Rəngsiz adamlar”)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİnanc, yozum, yasaq və digər mifik görüşlәrlә bağlı qədim folklor janrı.
S.-larda xalqın әxlaqi görüşlәri, müşahidәlәri, hadisələrin sәbәbini aydınlaşdırma, şәrhetmә arzusu öz әksini tapıb. S.-ları müәyyәn mәnada idrak prosesinin ilk pillәlәri adlandırmaq olar. Bu vә ya digәr hadisәnin tәkrarlanmasında, yaxud әvәzlәnmәsindә müәyyәn ardıcıllıq, mәntiqilik görәn ibtidai insan onu sınaqdan keçirib vә analoji hadisәlәr üçün mәqbul olan nәticәyә gәlib. Azərbaycan folklorunda məişət, təbiət hadisələri, canlılar, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı S. geniş yayılıb: “Çörəyi əllə kəsməzlər”, “Ay tutulanda mis qabları döyəcləyərlər”, “Gün batan vaxtı doğulan uşaq gününü qürbətdə keçirər”, “Qaynar suyu yerə atmazlar”.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. syllabe – heca + tonos – vurğu
Misrada vurğulu və vurğusuz hecaların eyni qaydada növbələşməsi hesabına yaranan şeir vəzni.
Tonik vəznin növlərindən biri, daha mükəmməl forması hesab olunur. S-T.V.-də əsas ölçü vahidi stopadır. Hər stopa iki və ya üç hecadan ibarət olur və onların hər birində vurğulu və vurğusuz hecanın yeri sabit qalır. Stopada hecaların sayından və vurğulu hecanın yerindən asılı olaraq S-T.V.-in növü müəyyənləşir: yamb, xorey və s. Stopa misradaxili bölgü – sezura yaradır. Qədim yunan şeir vəzni olan S-T.V. rus şeirində geniş yayılıb.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAnafora ilə epiforanın sintezindən ibarət təkrir növü.
Bu zaman, bir qayda olaraq, orta hissənin dəyişməsi şərti ilə başlanğıc və son hissələr təkrar olunur.
Dalıb xoş xəyala mən,
Zövq alıram o güldən,
Zövq alıram bu güldən. (X.R.Ulutürk)
S. epistrofanı xatırlatsa da, onun genişləndirilmiş variantıdır (təkrarıdır). Epistrofa yalnız bir sintaqma daxilində başlanğıc və son hissələrin təkrarıdır, S.-da isə iki və daha artıq sintaqmalar yanaşı gəlir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. symbolisme < yun. symbolon – işarə, rəmz
XIX әsrin sonu – XX әsrin әvvәlindә Fransa әdәbiyyatı və incəsənətində meydana gəlmiş estetik cәrәyan.
Bu termin 1886-cı ildə “Fiqaro” qəzetində fransız şairi Jan Moreasın “Simvolizm” manifesti dərc olunduqdan sonra ədəbi dairələrdə işlənməyə başlayıb. S. üçün simvol əsas bədii təsvir vasitəsi və gerçəkliyin inikası üsuludur. Simvolist sənətkar təsvir etdiyi ətraf aləmdə yalnız axirətlə bağlılıq axtarır; onun üçün gördüyü hər bir şey bu bağlılığa bir işarədir. Simvolistlər naturalizm bayağılığından qaçmağa çalışır, həyat faktlarını, düşüncələrini xəyali və duyğusal obrazlar vasitəsilə ifadə edirlər. İfrat fәrdiyyәtçilik vә mistika tәbliği, әdәbiyyatın ictimai vәzifəlәrinin inkarı, hәyata nifrәt hissinin vә ölümün tәrәnnümü S. üçün sәciyyәvi cәhәtlәrdir. Bu cərəyanın nümayəndələri arasında Ş.Bodler, M.Meterlink, H.İbsen, V.Bryusov, A.Blok, K.Balmont kimi şairlər daha çox tanınıb.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİslam ədəbiyyatında dini-mistik poeziyanın janrlarından biri.
Daha çox şiəlik təriqəti ilə bağlı nümunələrdir; bu şeirlərdə imamların faciəli ölümləri ilə bağlı kədər ifadə olunur. Əruzun nisbәtәn yüngül bəhrlәrindә olması ilә fәrqlәnir. Növhəlәr kimi S.-in də mövzusu Kərbəla müsibәtini özündə әks etdirməsidir:
Dolanır Əli qızı məqtəli,
Qan içində bir bədən axtarır.
Yolun üstə qafilə ləng olub,
Bacı qardaşa kəfən axtarır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. syn – birgə + chronos – zaman
Dil hadisələrinin və ədəbi-bədii formaların müəyyən bir dövrdə artıq təşəkkül tapmış bir sistem kimi öyrənilməsi.
Diaxroniyadan fərqli olaraq S. metodu dil-ədəbiyyat faktlarının tarixi inkişaf prosesini, təkamülünü nəzərə almır; onları müəyyən bir dövrün faktı, məhsulu kimi araşdırır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏdəbiyyat və incəsənətin ibtidai inkişaf dövründə onların tərkib hissələrinin (şeir, musiqi, teatr, rəqs və s.) üzvi vəhdətdə birləşməsi.
Qәdim zamanlarda dünyanın bir çox xalqlarının mәdәni hәyatında S. hökm sürürdü; yәni şeir, musiqi, teatr, rәqs vә s. sәnәt ünsürlәri bir-biri ilә sıx bağlı olub bir sənət vahidi kimi ifa edilirdi. Avropada trubadur poeziyasını, Azәrbaycanda aşıq sənətini, meyxananı S.-in tipik nümunәsi hesab etmək olar. Xalq yaradıcılığında S. bu gün də özünü göstərir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti