Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

naturalizm

fr. naturalisme < lat. natura – təbiət

XIX əsrin II yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan.

N. XIX əsrin 60-cı illərində Fransada yaranıb, 70-80-ci illərdə başqa ölkələrdə də geniş yayılıb. N. estetikası təbiətşünaslığa, başlıca olaraq fiziologiyaya əsaslanırdı. Naturalistlər həmin dövrdə güclü inkişaf edən təbiətşünaslığın, xüsusilə darvinizmin müşahidə yolu ilə təbiəti öyrənmək metodunun təsiri altında idilər. Onlar insan obrazlarının dəqiq təsvirini verməyi, hətta fərdlərin genetik xüsusiyyətlərini qələmə almağı vacib hesab edirdilər. Yazıçıdan bədii təsvirdə elmi dəqiqlik tələb edilirdi. N.-in ilk əlamətləri Q.Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında öz əksini tapıb. Daha sonra Emil Zolyanın yaradıcılığında tam olaraq formalaşan N. cərəyanı G.Mopassan, H.Hauptman, H.İbsen, K.Hamsun və başqalarına ciddi təsir göstərib. Azərbaycan ədəbiyyatında bu cərəyanın təsiri XX əsr yazıçıları H.Vəzirov, Ə.Müznib, C.Bünyadzadənin yaradıcılığında hiss edilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti