Üslubi fiqur: nəsrdə cümlənin, nəzmdə isə misra və ya bəndin eyni nitq vahidi ilə başlanması və bitməsi.
Bu zaman təkrar olunan nitq vahidi məntiqi vurğu tələb edir; məs.: Hər şeyi dəyişmək istəyirdi, hər şeyi (Elçin).
Əsl insan axtarıram, əsl insan,
Fərq qoymuram millətinə, lisanına... (C.Novruz)
Bəlkə də, özüsən göz qabağında.
Dünyada heç kəsə əyilməz başım
Əyilir, dincəlir gül ayağında.
Bəlkə də, özüsən göz qabağında... (X.R.Ulutürk)
Şeirin eyni bəndlə başlanması və bitməsi də E. adlanır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti