Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bəhr

Əruz vəzninin müxtəlif təfilələri əsasında yaranan ritmik ölçü.

Bəhrlər müxtəlif təfilələrin misralarda müvafiq şə­kildə təkrar edilməsindən yaranır. Məsələn, həzəc bəhri məfAİlün təfiləsinin hər misrada dörd dəfə – bir qısa, üç uzun hecadan ibarət olan təkrarından yaranır. Təfilələri təşkil edən uzun və qısa hecaların sayını, yaxud yerini dəyişməklə bəhrlərin müxtəlif növlərini yaratmaq olur. Ərəb poeziyasında əruzun on doqquz bəhri var. Professor Əkrəm Cəfərin araşdırmalarına görə, klassik Azərbaycan poeziyasında bu növlərdən on ikisi istifadə edilib.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti