Şifahi xalq ədəbiyyatında uşaq şeir şəkillərindən biri: dərin məna ifadə etməyən, süjetsiz, ritmik şeir.
D.-ləri fərqləndirən əsas xüsusiyyətlər bunlardır: yumoristik çalarlar, oynaq ritm, alliterasiya, assonans. Bu şeirlərdə misralar çox zaman cüt-cüt qafiyələnir. D.-lərdən çox vaxt uşaq oyunlarında sanama kimi də istifadə olunur. Son vaxtlar D.-lər “təkərləmə” adı ilə də təqdim olunur:
Üşüdüm ha, üşüdüm,
Dağdan alma daşıdım.
Almacığım aldılar,
Məni zülmə saldılar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti