Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

poetika

yun. poietike – şeir sənəti

1. Bədii əsərlərin strukturunu, bədii forma və üsulları öyrənən ədәbiyyatşünaslıq sahəsi.

Ədəbiyyatşünaslığın ən qәdim terminlərindən biridir. Bu elmin əsası Aristotel tərəfindən qoyulub. Böyük alimin estetika haqqında düşüncələri onun “Poetika” əsәrində cəmlənib. P. termini elmi mənbələrdə çox zaman “bədiilik” sözünün sinonimi, estetikanın söz yaradıcılığını öyrənən bir sahəsi kimi işlənir. XIX əsrdən bəri P.-da iki nəzəri metodika mövcuddur: sinxroniyadiaxroniya. Sinxronik metod nəzəri poetikanın – ənənəvi ədəbiyyat nəzəriyyəsinin əsasını təşkil edir. Diaxronik metod isə rus alimi Veselovski tərəfindən əsası qoyulmuş tarixi poetikada tətbiq olunur.

2. Hər hansı müəllifin yaradıcılığının və ya konkret bir əsərin özünəməxsus bədii xüsusiyyətlərinin məcmusu.

Bu mənada P. termini daha çox korifey şairlərin yaradıcılığı haqqında işlədilir; məs.: Nizami poetikası, Cavid poetikası.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti