ital. libretto – kitabça > liber – kitab
İrihəcmli musiqi-vokal əsərinin (opera, operetta, oratoriya və s.) bədii-dramaturji mətni.
L. müəllifi şair, yazıçı, bəzən isə musiqi əsərinin müəllifi – bəstəkarın özü olur. Məsələn, Ü.Hacıbəyli bəstələdiyi opera və operettaların L.-sunu özü yazıb. L.-lar həm şeirlə, həm də nəsrlə yazıla bilər. L.-nun qısa icmalı sinopsis adlanır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti