Sözdə iki samitin yanaşı işlənməsi.
Qoşasamitli sözlər iki qismə bölünür. 1. Eynicinsli qoşa samitlər: qq, kk, tt, pp, yy, bb, cc, dd, ff, ll, mm, nn, rr, vv, ss, şş, zz; məs.: səyyah, saqqız, məəttəl, xammal, cənnət, əvvəl, tələffüz, məddah, yeddi, əlli və s. 2. Müxtəlifcinsli qoşa samitlər dilimizdə geniş yayılmışdır; məs.: tənbəl, rəng, lampa, tramvay, kənd, taksi, şkaf, həftə və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQoşmanın nisbətən az təsadüf olunan növlərindən biri.
Adi qoşmadan fərqli olaraq qoşayarpaq qoşmada şeirin ikinci bəndindən başlayaraq birinci üç misrada daxili qafiyədən istifadə olunur. Aşıq Ələsgərin “Düşdü” adlı şeiri buna misal ola bilər:
Sevdiciyim, hanı gözəllər xanı?
Güzarımız sizin otağa düşdü.
Buyursan fərmanı, alalar canı,
Püşk atdıq, can sənə sadağa düşdü.
***
Sallan qələm qaşdı, yanı yoldaşdı,
Qalmışam taşdı, mən başı daşdı,
Huş başımdan çaşdı, dilim dolaşdı,
Gözləri sataşdı, buxağa düşdü.
***
Ətlazdan qəbalı, belində şalı,
Gövhərdən bahalı üzündə xalı,
Geydi yaşıl-alı, yaxdı mahalı,
Əyri tellər ayna qabağa düşdü.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAşıq ədəbiyyatında hər bəndi 4 misradan, hər misrası 11 hecadan ibarət olan lirik janr.
Qafiyə şəkli belədir: a.b.c.b, ç.ç.ç.b, d.d.d.b. Qoşmanın bəndlərinin sayı, əsasən, 3, 5, 7 olur. Son bənddə − möhürbənddə aşığın adı və ya təxəllüsü verilir; məs.:
Xəlləqul-aləmin budur qərarı,
Qış olmasa, bahar dolana bilməz.
Ər kişi vətəndən düşsə aralı,
Ah çəkib saralar, dolana bilməz...
***
Alının başını alıb dumanlar,
Alçalın, siz Allah, əyilin, dağlar!
Müddətdir, yolumu gözləyənim var,
Heç iyit biilqar dolana bilməz. (Aşıq Alı)
Qoşma təkcə aşıq ədəbiyyatında deyil, yazılı ədəbiyyatda da geniş yayılıb. Yazılı ədəbiyyatda M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, S.Vurğun və b. qoşma yazıblar. Qoşmanın məzmun və forma baxımından gözəlləmə, dodaqdəyməz, dildönməz, ustadnamə, vücudnamə, qoşma-müstəzad və s. növləri vardır.
Əsas nitq hissələrinə qoşularaq onların başqa sözlərlə sintaktik əlaqəsinə xidmət edən köməkçi nitq hissəsi.
Qoşmaların hər birinin ümumi qrammatik mənası var. Məsələn, kimi qoşması aid olduğu sözlərdən asılı olaraq müqayisə, zaman, məkan, tərz mənaları bildirə bilər: dostu kimi yaxşı oxumaq, səhərə kimi yatmamaq, şəhərə kimi piyada getmək, ceyran kimi qaçmaq. Qoşmalar, əsasən, isimlərə, ismi əvəz edən əvəzliklərə, məsdərə, bəzi zərflərə, eləcə də substantivləşən başqa sözlərə qoşulur. Qoşmanın qoşulduğu söz ismin dörd halında ola bilər: adlıq halda: aslan kimi, atası ilə, quştək; yiyəlik halda (ancaq əvəzliklə): mənim kimi, səninlə, onuntək; yönlük halda: kəndə kimi, evə sarı, tənbəlliyinə görə; çıxışlıq halda: dostumdan ötrü, bacımdan savayı.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQoşma və müstəzadın sintezindən yaranmış aşıq şeir şəkli.
Bəzən müstəzad-qoşma da adlanır. Hər bəndin sonunda beşhecalı bir misra – ayaq-müstəzad gəlir. Bu misra nəticə, göstəriş, inandırma çalarlarında işlənir; məs.:
Neçə müddət qərq oldular tufana,
Әmr etdi, kəbutər gəzdi hər yana,
İki yüz otuzda tapdı bir danə,
Nuh üçün fəmində gətirdi sovqat,
Qıldı ibadət. (Aşıq Әləsgər)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözlərin leksik mənası nəzərə alınmadan malik olduğu morfoloji və sintaktik məna.
Sözün qrammatik mənası dedikdə nəzərdə tutulur:
1. Sözün hansı nitq hissəsinə aid olması.
2. Nitq hissəsi kimi hansı xüsusiyyətləri daşıması.
3. Cümlədə hansı sintaktik vəzifəni daşıması.
4. Cümlədə həm nitq hissəsi kimi, həm də cümlə üzvü kimi hansı suallara cavab verməsi.
Nümunə:
1. düşüncə – mücərrəd isimdir, nə? sualına cavab verir, adlıq haldadır, cümlədə mübtəda, tamamlıq və xəbər ola bilər.
2. güldürmək – feildir, düzəltmədir, təsirlidir, məlum növdədir və s.
3. üçün – qoşmadır, yiyəlik hala qoşulur, səbəb mənasını bildirir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLeksik mənası olmayan sözlərin və şəkilçilərin omonimliyi.
Nümunə: ilə həm qoşma, həm də bağlayıcıdır: ata ilə ana, ata ilə getmək. -ın4 şəkilçisi həm hal, həm mənsubiyyət, həm də isim düzəldən leksik şəkilçidir: kitabın səhifəsi, sənin kitabın, səpin. Əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında olan omonimlik də qrammatik omonimlikdir. Məsələn, başqa sözü yerinə görə həm sifət, həm də qoşma kimi işlənə bilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözün formasını dəyişən, yeni söz yaratmayan şəkilçi.
Qrammatik şəkilçilər Azərbaycan dilinin qrammatikasında daha çox iki nitq hissəsi ilə bağlıdır: isim və feillə. İsimlərə qoşulan qrammatik şəkilçilər: cəm şəkilçisi: -lar2 (analar, nənələr); mənsubiyyət şəkilçiləri: -ım4 (-m), -ın4 (-n), -ı4 (-sı4), -ımız4 (-mız4), -ınız4 (-nız4), -ları2 (anam, anamız, anan, ananız, anası, anaları); hal şəkilçiləri: -ın4 (-nın4), -a2 (-ya2), -ı4 (-nı4), -da2, -dan2 (kitabın, kitaba, kitabı, kitabda, kitabdan); xəbər (şəxs) şəkilçiləri: -am2, -ıq4, -san2, -sınız4, -dır4, -dır4+lar2 (adamam, adamsan, adamıq, adamsınız, adamdır, adamdırlar). Feillərə qoşulan qrammatik şəkilçilər: inkarlıq şəkilçisi: -ma2 (yazma, gəlmə); feil şəkillərinin şəkilçiləri: -a2, -ası2, -malı2, -sa2 (gələsi, deyəsi, yaza, oxumalı, oxusa); zaman şəkilçiləri: -ır4, -mış4 (-ıb4), -dı4, -acaq2, -ar2 (oxuyar, deyir, dedi, demiş, deyib, deyəcək, deyər); şəxs sonluqları: I şəxs: -ım4, -am2, -m, -aq2(q-k), -ıq4(-q) (yazaq, oxumuşuq, alım, baxam); II şəxs: -san2, -ın4(-n), -sınız4, -nız4 (almısan, oxudun, aldınız); III şəxs: -sın4, -dır4, -sın4(-lar2), -dır(lar) (alsın, yazsınlar, aldılar, oxumalıdırlar); məsdər şəkilçisi: -maq2 (-ma2) (gəlmək, gəlməsi, oxumaq, oxuması); feili sifət şəkilçiləri: -mış4, -acaq2, -an2, -malı2, -ası2, -dıq4+mənsubiyyət şəkilçisi (yatmış (pişik), görüləcək (iş), yazan (adam), yazdığım (kitab); feili bağlama şəkilçiləri: -ıb4, -araq2, -dıqca2, -a2-a2, -madan2, -anda2, -dıqda2, -arkən2, -dıqca4, -ınca4, -ar2-maz2 (gülüb, gülərək, güldükcə, gülə-gülə, gülmədən, güləndə).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözlərin, söz birləşmələrinin və cümlələrin quruluşunu və dəyişilmə qaydalarını öyrənən dilçilik bölməsi.
Qrammatika iki yerə bölünür: morfologiya və sintaksis. Morfologiya nitq hissələrini, sintaksis isə söz birləşmələri, cümlə və mətni öyrənir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞeirdə sözlərin yazılışına görə deyil, tələffüzünə görə qafiyələnməsi.
Nümunə:
Çəkilmiş qəlbinə əskidən min dağ,
Titrəyir eşqini anan hər dodaq,
Yayılır şikəstə səsləri dağ-dağ,
Nə söylər bu qərib dillər, a dağlar?.. (A.İldırım)
Nümunədəki dağ, dodaq və dağ-dağ sözləri tələffüz zamanı qafiyə yaradan sözlərdir. Qulaq qafiyəsi çox zaman natamam qafiyə olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözlərin və cümlələrin təsir gücünü artıran ədatlar: axı, ən, lap, daha, olduqca, da, də, ki, artıq, nə, necə, ha, -ca2, hətta, bir, belə.
Nümunə: Mən ki damdan, bacadan baxmaz idim, Su kimi hər tərəfə axmaz idim (M.Ə.Sabir). Necə də gözəl insandır! Lamiyə olduqca çalışqan uşaqdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNəzm əsərlərinin əsas poetik xüsusiyyəti: misra və ya beytlərin sonunda səslərin həmahəngliyi.
Q. və vəzn şeirə melodiklik verən, onu tez yadda saxlamağa imkan yaradan əsas xüsusiyyətlərdir. Q. yaradan sözlər, adətən, daha yüksək tonla deyilir. Əsərin janrına görə misralardakı Q.-nin yeri də dəyişir. Q. sözün yazılışı deyil, tələffüzü əsasında yaranır.
Arzum budur, kəsilsin göz yaşınız,
Hər bəladan uzaq olsun başınız,
Çiçəklənsin torpağınız, daşınız,
Toxunmasın sizə düsmən, durnalar. (A.İldırım)
See also:
Şeir məclislərində, deyişmələrdə, meyxanalarda deyişən tərəflər üçün mövzu və qafiyəni müəyyənləşdirən şəxs.
Adətən, Q.-lar qafiyə tutur, deyişənlər isə o qafiyəyə uyğun şeir qoşurlar. Poetik istedadı olmayan, sadəcə, şeiriyyət həvəskarı olan şəxslər də Q.-lıq edə bilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti