Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qrammatik omonimlik

Leksik mənası olmayan sözlərin və şəkilçilərin omonimliyi.

Nümunə: ilə həm qoşma, həm də bağlayıcıdır: ata ilə ana, ata ilə getmək. -ın4 şəkilçisi həm hal, həm mənsubiyyət, həm də isim düzəldən leksik şəkilçidir: kitabın səhifəsi, sənin kitabın, səpin. Əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında olan omonimlik də qrammatik omonimlikdir. Məsələn, başqa sözü yerinə görə həm sifət, həm də qoşma kimi işlənə bilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti