Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

isim

Əşyanın adını bildirib kim? nə? hara? suallarından birinə cavab verən əsas nitq hissəsi.

İsimlər quruluşca sadə (kitab), düzəltmə (kitabxana) və mürəkkəb (taxtabiti) olur. Özünəməxsus cəhətlərindən digərləri isə ümumi – xüsusi, canlı – cansız, konkret – mücərrəd varlıqların adını bildir­mə­sidir. İsimlər morfoloji cəhətdən hal, mənsubiyyət, kəmiyyət şəkilçilərini qəbul edə bilir; bütün cümlə üzvləri vəzifəsində iştirak edə bilir.  Məsələn: torpaq (sadə, ümumi və konkret isim), Gəncə (xüsusi isim), düşüncə (düzəltmə, mücərrəd isim), ağaclar (cəm isim), aşsüzən (mürəkkəb isim) və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti