Şeirdə sözlərin yazılışına görə deyil, tələffüzünə görə qafiyələnməsi.
Nümunə:
Çəkilmiş qəlbinə əskidən min dağ,
Titrəyir eşqini anan hər dodaq,
Yayılır şikəstə səsləri dağ-dağ,
Nə söylər bu qərib dillər, a dağlar?.. (A.İldırım)
Nümunədəki dağ, dodaq və dağ-dağ sözləri tələffüz zamanı qafiyə yaradan sözlərdir. Qulaq qafiyəsi çox zaman natamam qafiyə olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti