Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

meyxana

Xalq arasından çıxmış şairlәrin bədahətən şeir söylәdiklәri məclis; şeirləşmə, deyişmə.

Meyxanalar, əsa­sən, el şәnliklәrindә təşkil olunur, bәzәn musiqinin müşayiәti ilә, çox vaxt da musiqisiz deyilir. Meyxanada canlı hәyat hadisәlәri, ayrı-ayrı adamların nöqsan vә eyiblәri təsvir olu­nur. İfa olunan şeirlər (bədiyələr) satirik, yumoristik ça­larların zәnginliyi, oynaqlığı vә şux әhvali-ruhiyyәsi ilә seçilir. Bədi­yələr hәm bir nәfәr tәrəfindәn monoloq şәklindә, hәm dә bir neçә nәfәr tәrәfindәn deyişmә şәklində ifa oluna bilәr. Tanın­mış qəzəlxan Ə.Vahid həm də meyxanaçı kimi məşhur olub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti