Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ustadnamə

Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox qoşma, bəzən də divani şəklində olan, məzmunca hikmə­tamiz şeir növü.

Bir ənənə olaraq aşıqlar dastana ustad­namə ilə başlayırlar. Məhəbbət dastanlarının əvvəlində, adə­­tən, üç ustadnamə verilirdi. Belә şeirlәrdə tәrbiyәvi, fəl­sәfi fikirlər yürüdülür, dünyanın vəfasızlığından, “beş­günlük” olmasından danışılır. Azәrbaycan el sәnәt­kar­larından Xәstә Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Әlәsgәr vә başqalarının bir çox ustadnamələri vardır.

Ələsgərin sözün yеtir nisaba,

Sərf еdənlər səbt еləsin kitaba.

Hеç namərdin adı gəlməz hеsaba,

Mərd bir olar, onda iki ad olmaz.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti